“Leyli və Məcnun” Almaniyada nəşr olundu
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub.
Frankfurtun zəngin ənənəli “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş kitabı alman dilinə görkəmli alman mütərcimi Rudolf Qelpke tərcümə edib.
Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən “Manesse” nəşriyyatında işıq üzü görmüş kitab Nizami Gəncəvini almandilli oxuculara “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr edilmişdi. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin, Nizamini ilk dəfə almandilli ölkələrin oxucusuna “dahi Azərbaycan şairi” olaraq təqdim edən yeni Ön sözlə nəşrinə nail olundu.
Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə, min tirajla nəşr edilmiş kitabın Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış alman naşiri Hans-Jürgen Maurerdir.
Kitabın yaxın günlərdə Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayişə çıxarılacağı, Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...