ADTM TƏRCÜMƏ AGENTLİYİ
AGENTLİK – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Sərəncamına uyğun olaraq, ölkənin dil və tərcümə sahəsinin tənzimlənməsi və təkmilləşdirilməsi istiqamətində dövlət siyasətini həyata keçirən Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə təsis edilib.
AGENTLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
AGENTLİYİN FƏALİYYƏTİNİ – dövlət qurumları və digər təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müraciət və sifarişləri əsasında müxtəlif spesifik sahələrə aid mətn və materialların, rəsmi sənədlərin, elmi, ictimai-siyasi, bədii, texniki və s. ədəbiyyatların, veb-sayt, vikipediya səhifələri mətnləri və s. Azərbaycan dilində tərtibi, xarici dillərə (və əksinə) tərcüməsi, dil və tərcümə keyfiyyətinin müəyyən edilməsi, həmçinin geniş əhatəli və çeşidli poliqrafiya xidmətləri (ölkədə və xaricdə nəşr) təşkil edir.
AGENTLİYİN XİDMƏT NÖVLƏRİ
Yazılı tərcümə
- İctimai-siyasi, hüquq, maliyyə, tədris, iqtisadiyyat, mədəniyyət, tibb, media, neft-kimya, tikinti, texnika, hərb, kənd təsərrüfatı və s. sahələrə dair mətn və materialların, elmi, siyasi, bədii, texniki və s. ədəbiyyatların və s. xarici dillərə (ingilis, fransız, alman, ispan, rus, ərəb, fars, türk, bolqar, portuqal, yunan, ukrain, ivrit, çex, italyan, gürcü) və əksinə tərcüməsi.
Audio/audiovizual tərcümə (dublyaj)
- Audio və audiovizual materialların (reklam, tanıtım çarxları, elmi, sənədli, bədii film mətnlərinin və s.) xarici dillərə (və əksinə) tərcüməsi, subtitrlərin (hər iki dildə) tərtibi, kadrarxası səsləndirilməsi.
Linqvistik monitorinq
- Mətnlərin dil, üslub və tərcümə keyfiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlərin (müraciətlər əsasında monitorinqlərin təşkili; ekspert rəyinin verilməsi; dil və tərcümə qüsurlarının, orfoqrafik, qrammatik, leksik xətalarının aşkar edilərək aradan qaldırılması və s.) həyata keçirilməsi.
Nəşr, poliqrafiya, dizayn
- Müxtəlif formatlı çap məhsullarının (kitab, jurnal, buklet, poster, flayer, kataloq, reklam xarakterli tanıtım lövhələri, loqo, plakat, roll-up, afişa və s.) sifarişlərə uyğun şəkildə ölkədə və xaricdə nəşri; dizayn və veb-dizayn üzrə geniş spektrli xidmətlərin həyata keçirilməsi.
Xidmətlər peşəkar dil, tərcümə, poliqrafiya, dizayn və veb-dizayn mütəxəssisləri tərəfindən əyani və elektron formatda həyata keçirilir.
Əlaqə:
Kəmalə Ələkbərova |
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27/121A; AZ1033
(+994) 010 418 19 92
(+994) 012 566 80 09
Sayt: https://adtm.az
E-mail: info@adtm.az