Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu

ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib.
Şairin “Xarıbülbül”, “Bənövşə”, “Lalə”, “Zanbaq”, “Nərgiz”, “Qərənfil” kimi ilk dəfə işıq üzü görən şeirlərini rəngli illüstrasiyalarla təqdim edən kitab məktəbyaşlı uşaqları Musa Yaqub yaradıcılığı ilə yaxından tanış etməklə yanaşı, dərsdənkənar mütaliə vəsaiti olaraq Vətənə, təbiətə, bitki aləminə sevgi və bağlılıq yaratması ilə diqqət çəkir.
Kitaba daxil edilən rəngli illüstrasiyaların müəllifi – gənc rəssam Şəhla Feyziyeva, redaktoru Yaşar Əliyevdir.
Kitabı yaxın günlərdə
Prezident Administrasiyası İşlər İdarəsinin Kitab Evi
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” Kitab Evi
“Baku Book Centre”
“Çıraq” Kitab Evi
“BookZone” Kitab Evi,
eləcə də digər kitab evləri və mağazalardan əldə etmək olar.
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...