Heydər Əliyevin müdrik kəlamları Almaniya portalında
Almaniyanın “Zitate berühmter Personen” mədəniyyət portalı Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin müdrik kəlamlarının yayınına başlayıb.
Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəllifləri – Almaniya ədəbiyyatşünas alimi Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən izlənilən “Zitate berühmter Personen” portalı mütəmadi olaraq səhifələrində dünya şöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və onların aforizmlərinə yer ayırır.
Heydər Əliyev Doğum tarixi: 10 may 1923-cü il Vəfat tarixi: 12 dekabr 2003-cü il |
Heydər Əlirza oğlu Əliyev uzun illər Azərbaycan SSR, sonralar isə müstəqil Azərbaycan Respublikasının ən görkəmli siyasət və dövlət xadimi olub.
1969-cu ildən 1982-ci ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.
Sovet İttifaqının dağılmasından sonra, 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasının Prezidenti olub.
Heydər Əliyev:
“Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər”.
***
“Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.
***
“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır”.
***
“Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir”.
***
“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.
***
“Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür”.
***
“Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək ədalətsizlikdən də betərdir”.
***
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.
***
“Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır”.
***
“Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”
***
“Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”.
https://beruhmte-zitate.de/autoren/heydr-liyev/ |
VƏ DİGƏR...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...