Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.
Görüş zamanı Venesuela ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılması istiqamətində həyata keçirilən, eləcə də nəzərdə tutulan tərcümə və nəşr layihələrindən söz açılıb. Ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi üzrə Mərkəzlə Səfirliyin birgə əməkdaşlığı çərçivəsində görüləcək işlər, tanıtım və yayım tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, əsərləri Mərkəz tərəfindən tərcümə və nəşr olunmuş məşhur Venesuela şairi Anna Mariya Oviedo Palomaresin “Söyüd krallığı” kitabının bu il oktyabrın əvvəllərində X Bakı Beynəlxalq Kitab Sərgisində keçiriləcək təqdimatı ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Ədəbiyyatın xalqları bir-birinə yaxınlaşdıran ən etibarlı körpü olduğunu bildirən səfir gələn ilin may ayında Azərbaycanda və Venesuelada qeyd olunacaq Venesuela-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyinə məşhur Venesuela nasiri Migel Otero Silvanın kitabının Mərkəzlə əməkdaşlıq çərçivəsində tərcümə və nəşr olunması təklifini irəli sürərək Azərbaycan dilində ilk dəfə işıq üzü görəcək kitabın ölkələrarası dostluq və anlaşmaya, münasibətlərin daha da möhkəmlənməsinə əlamətdar töhfə olacağını bildirib.
Qalereya
VƏ DİGƏR...
-
Alber Kamünün “Seçilmiş əsərləri” kitabı nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından (Dövlət Tərcümə Mərkəzi) növbəti nəşr – dünyaşöhrətli Fransa yazıçısı, Nobel mükafatı laureatı...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir