Nizami Gəncəvi yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş “Yeddi gözəl” poemasından “Peyğəmbərin mədhi” hissəsinin yayınına başlayıb.
Şairin əsəri və yaradıcılığı haqqında məlumat portalın Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılmış “Azərbaycan müəllifləri” bölümündə yer alıb.
Əsərin ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi, filoloq Karmen Linaresdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Ömər Xəyyam, Viktor Hüqo, Edqar Allan Po, Aleksandr Blok, Emili Dikinson, Boris Pasternak, Federiko Qarsia Lorka, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Xorxe Luis Borxes, Xulio Kortasar, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Nizami Gəncəvi
(1141-1209)
● Şair-filosof;
● 20 min beytlik divanının, beş poemadan ibarət “Xəmsə”nin (“Beşlik”) müəllifi;
● Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
● Nadir əlyazma nüsxələri dünyanın bir çox muzeylərində, kitabxanalarında və əlyazmaları fondlarında qorunub saxlanılır;
● 2021-ci ildə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdi.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...