Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb dilinə tərcümədə İordaniyada işıq üzü görüb.
Dahi şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın ön sözünün müəllifi – tanınmış İordaniya yazıçısı və ədəbiyyatşünası Samih əl-Məhariq, əsərin ərəb dilinə tərcümə müəllifi – Dövlət Tərcümə Mərkəzinin ərəb ölkələri ilə ədəbi əlaqələr üzrə koordinatoru, tərcüməçi Fərid Camalovdur.
Zəngin ənənəli “Əl-Əzminə” nəşriyyatında nəşr edilmiş kitabın yaxın günlərdə İordaniyanın mərkəzi kitabxanalarına, universitetlərinə və kitab evlərinə yerləşdiriləcəyi gözlənilir.
VƏ DİGƏR...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...