Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
“Akaki Seretelinin özü və sözü haqqında” adlı ön sözlə açılan kitaba şairin Vətən, təbiət, həyat, ölüm, məhəbbət, eləcə də digər mövzularda qələmə aldığı “Son nəfəsdə”, “Müqəddəs Nino”, “Tərbiyəçi” poemaları, “Çal saçlar”, “Bahar”, “Sübh çağı”, “Coş, ey dəniz!”, “Arzu”, “Sirli namə”, “Yarasa”, “Xəncər” kimi şeirləri daxil edilib.
Akaki Seretelinin yaradıcılığı Azərbaycanın dövri mətbuatında yayımlansa da, kitab halında yerli oxuculara ilk dəfə təqdim edilir.
Kitabın ön sözünün, poema və şeirlərin orijinaldan tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədli, redaktoru Şəfiqə Şəfadır.
AKAKİ SERETELİNİN ÖZÜ VƏ SÖZÜ HAQQINDA
“...Sәnin haqqında zәhmәtin vә işlәrin danışacaq... Əgәr Gürcüstanın taleyinə ölüm yazılmayıbsa, sәn dә onunla birlikdә әbәdi yaşayacaqsan”. Bu sözlәri vaxtilә böyük gürcü şairi Akaki Sereteli mәslәkdaşı vә çağdaşı, gürcü xalqının mәnәvi mәşәli İlia Çavçavadze haqqında demişdi. İndi hәmin sözlәri eynilә Akaki Sereteli haqqında da demәk olar. O bu haqqı öz “zәhmәti vә işlәri ilә” qazanıb.
Böyük İlia Çavçavadze isә Akaki Sereteli haqqında bu sözlәri söylәmişdi: “Akakinin xidmәtlәrini vә zәhmәtini gürcü xalqı әbәdi lütf kimi daim qәlbindә yaşadacaq. Onun gözәl şeirlәrindәn dәfәlәrlә bәhrәlәnәcәk, ürəyini isindirәcәk vә Vәtәn odu ilә alışıb-yanacaq”. Öncәdәn deyilmiş bu sözlәri әlahәzrәt Zaman tәsdiqlәdi. Seretelinin şeirlәri bu gün dә böyük maraq vә hәvәslә oxunur, oxucusunu düşündürür.
A.Seretelinin lirikası, epik poemaları, publisist yazıları yaşadığı dövrә xas bütün mövzuları әhatә edir. Onun vә çağdaşlarının әsas qәlәbәsi “Yurd”, “Vәtәn” sözlәrini milli әdәbiyyata gәtirmәlәri idi.
A.Seretelinin sevgi vә vәtәnpәrvәrlik lirikasını bir-birindәn tam ayırmaq, demәk olar ki, mümkün deyil. Bunu tәqdim olunan kitabın oxucuları da әyani şәkildә görәcәklәr. Bu qәbildәn olan şeirlәri oxuyanda öncә zәnn edirsәn ki, onlar gözәl bir xanıma hәsr olunub, amma diqqәtli oxucu hәmin gözәlin şairin Vәtәni olduğunu görmәyә bilmәz. Başqa sözlә, bu poeziyada Vәtәnә sevgi ali eşqә ucalan yolda növbәti mәrhәlәdir.
Bәli, Seretelinin yarı Vәtәndir, daha dәqiq desәk, onun sevib-seçdiyi dilbәri – Vәtәni sәciyyәlәndirәn xüsusiyyәtlәrlә zәnginlәşmiş, Vәtәn isә sevgili kimi zәriflәşdirilmiş, incәlәşdirilmiş, daimi nisgilin, qısqanclığın mәnbәyinә çevrilmişdir.
Şairin nәğmә kimi dillәr әzbәrinә çevrilәn “Suliko” şeiri bu ruhda qәlәmә aldığı poetik nümunәlәrdәndir.
Sereteli öz şeirlәrindә ermәnilәrin Gürcüstanda kütlәvi mәskunlaşmasına vә rus imperiyasına qarşı çıxış edirdi. Bu mәnada o, 1905-ci il inqilabını sevinclә qarşılamışdı. Çünki fәhlәlәrin, kәndlilәrin azadlığını inqilabda görürdü. A.Seretelinin әsәrlәrindә Avropadakı xalq hәrәkatı da tәrәnnüm olunur.
İlk baxışda onun poeziyası olduqca sadәdir, lakin arif oxucu yaxşı bilir ki, şeirin dәrinliyi dә elә sadәliyindәdir.
XIX әsrin ikinci yarısında gürcü tәhsil sisteminin formalaşmasında fәal iştirak etmiş görkәmli maarifçi Yakob Qoqebaşvili şairin yaradıcılığını saf gölә bәnzәdib deyirdi: “Suları saf, duru gölün dibindә hәr şey elә aydın görünür ki, hәtta oradakı çınqılları da saymaq mümkündür. Amma bu saflıq, bu duruluq aldadıcıdır. Elә bilirsәn, hәmin göl dayazdır, ancaq dәrinliyini ölçmәk istәsәn, dibinә heç cür çata bilmәzsәn. Bu göl hәddindәn artıq dәrindir. Akakinin yaratdığı әdәbi vә şairanә dәrya mәhz bu göl kimidir”.
A.Seretelinin әsәrlәri ilә yaxından tanış olduqdan sonra Y.Qoqebaşvilinin bu sözlәri ilә razılaşmamaq mümkün deyil.
Böyük şairi yuxarıda bәhs etdiyimiz mövzulardan әlavә, dünyanın faniliyi, xeyir-şәr qarşıdurması, haqq-ədalət vә müәllim-şagird problemlәri dә maraqlandırır. Bu mövzular müәllifin kitabdakı şeirlәriylә yanaşı, tәqdim olunan üç poemasında da öz әksini tapıb.
Şair ahıl yaşlarında әsәrlәrinin taleyi ilә bağlı narazılıqla yazırdı: “Ən böyük uğursuzluğa mәnim әsәrlәrim düçar oldu. Ötәn yarım әsr әrzindә yazdıqlarımdan iki kiçik cilddәn başqa heç nә nәşr edilmәdi. Əslindә isә, onlarla kitabım çıxmalı idi”. Bu boşluğu şair özü doldurmaq istәdi. Amma : “Qarşıma mәqsәd qoydum ki, әsәrlәrimin nәşri mәsәlәsini özüm hәll edim”, – deyәn şair bu istәyini hәyata keçirә bilmәdi. “Mәnim yazılarım” adlı növbәti kitabını yenicә nәşr etmişdi ki, amansız ölüm qapısını döydü... Akaki Seretelinin hәyata keçirә bilmәdiklәrini bu gün varislәri yerinә yetirirlәr. Şairin әsәrlәri dәfәlәrlә nәşr olunub vә bu gün dә nәşr olunmaqdadır. Gürcüstan Yazıçılar Evinin bu sahәdә tәşәbbüslәri vә layihәlәri bunun әyani sübutudur.
İmir Mәmmәdli
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“BookZone” kitab evi
“Çıraq” kitab evi
“Çinar” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...