“Heydər Əliyev İli”nə həsr olunmuş kitab sərgisi keçirilib

ADTM Tərcümə Agentliyinin təşkilatçılığı ilə 13-15 iyun tarixlərində şəhərin mərkəzi Sabir bağında müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.
Kitaba, mütaliəyə sevgi aşılanması, oxucu zövqünün formalaşdırılması niyyətini daşıyan sərgi çərçivəsində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi yerli və xarici nəşrlərin, dünya ədəbiyyatı nümunələrinin, Azərbaycanın klassik və müasir ədəbiyyatlarının, uşaq ədəbiyyatı və ensiklopediyaların, lüğət və sözlüklərin nümayişi və güzəştli satışı həyata keçirilib, Saday Budaqlı, İlqar Əlfioğlu, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Rəbiqə Nazimqızı, Etimad Başkeçid, Salam Sarvan kimi tanınmış yazıçı və şairlərlə görüşlər, imza günləri təşkil edilib.
Qalereya
VƏ DİGƏR...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
-
Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.