Dünya liderləri Heydər Əliyev haqqında

Dünya liderləri Heydər Əliyev haqqında

Dövlət Tərcümə Mərkəzi 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə dünyanın məşhur siyasi xadimlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səsləndirdiyi fikirləri əks etdirən “Dünya liderləri Heydər Əliyev haqqında” adlı sənədli videoçarxın yayınına başlayıb.

Beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, rus, ispan, fransız, italyan, alman, gürcü, ərəb, ukrain dillərində yer alan videoçarxın dünyanın bir çox aparıcı sayt və portalları tərəfindən yayınlanacağı nəzərdə tutulur.


VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.