HAQQIMIZDA
MƏRKƏZİN NİZAMNAMƏSİSƏRƏNCAMLARHESABATLAR FƏALİYYƏT STRUKTUR İNFOQRAFİKA
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Sərəncamıyla yaradılmış, ölkənin dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur.
Mərkəzin fəaliyyətinin məqsədi – dövlət dilinin saflığının qorunması, düzgün istifadəsinin təmin edilməsi, dil və tərcümə sahəsinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsi, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsidir.
Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
— dövlət dilindən düzgün istifadə və tərcümə işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin (dillər və sahələr üzrə lüğət və sözlüklərin, nəzəri və elmi ədəbiyyatların tərtibi, nəşri, dövlət qurumları və təşkilatların sənəd və materiallarında, sayt və portallarda, KİV-də, nəşr, dublyaj və s. sahələrdə monitorinqlərin təşkili və s.) həyata keçirilməsi;
— beynəlxalq aləmlə ictimai-siyasi, ədəbi-mədəni mübadilə və əlaqələr üzrə yazışmaların dil və tərcümə baxımından tənzimlənməsi və təkmilləşdirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
— tərcümə işinin təkmilləşdirilməsi istiqamətində yüksək ixtisaslı tərcüməçi kadrların hazırlanması, spesifik sahələr və ixtisaslar üzrə dil kurslarının təşkili, tərcüməçi ixtisası təhsilinin təkmilləşdirilməsi üzrə müvafiq ədəbiyyatların nəşri;
— elmi, texniki, ədəbi-mədəni və s. sahələrdə istifadə olunan materialların dil və tərcümə keyfiyyətinə, spesifik terminoloji vahidlərin düzgün tətbiqinə nəzarətin həyata keçirilməsi;
— Azərbaycanın klassik və müasir ədəbiyyatının beynəlxalq aləmdə, xarici ölkələrin aparıcı ədəbi nümunələrinin tərcümə və nəşr edilərək dünya müstəvisində və Azərbaycanda tanıdılması.
Mərkəzin portalları
aztc.gov.az aydinyol.az achiqkitab.az
Mərkəzin təsis etdiyi xüsusi mükafatlar
Bədii tərcümə sənətinə verdiyi xüsusi töhfələrə görə
Sərəncam |
Döş nişanı |
Fəxri diplom |