İsi Məlikzadə yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar "Detay haberler", "Haber 232" portalları Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin türk dilinə uyğunlaşdırılmış "Talisman" hekayəsinin yayınına başlayıb.
Hekayə türk dilinə Mərkəzin türk dili mütəxəssisi Sənan Nağı tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Mixail Lermontov, Edqar Allan Po, Frans Kafka, Alber Kamyu kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
İsi Məlikzadə
1934 -1995
· Yazıçı-dramaturq;
· Ağcabədi rayonunda anadan olub;
· Azərbaycan Sənaye İnstitutunu bitirib;
· "Gümüşgöl əfsanəsi", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Şehli çəmənlərin işığı" kimi kitabların müəllifidir;
· "Kişi sözü", "Evlənmək istəyirəm", "Ağ atlı oğlan" kimi filmlərin ssenari müəllifidir.
VƏ DİGƏR...
-
Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir