“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu

“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu

ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib.

Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu səmavi dini sayılan İslamın yaranması və yayılması haqqında müfəssəl, təfərrüatlı tarixi bilgilər əsasında ərsəyə gətirilmiş kitaba “Ərəb adası”, “Məkkə”, “Peyğəmbərin uşaqlıq illəri”, “İlk vəhy”, “Təqiblər”, “Ağır illər”, “Hicrət”, “Müharibə” kimi iyirmi beş adda fəsil daxil edilib.

Əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir.

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Centre”

“Çıraq” kitab evi

Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi

“BookZone” kitab evi

VƏ DİGƏR...