“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında
“NOBEL KÜRSÜSÜ” rubrikasında – Herman Hessenin Nobel nitqi və “Çətin yol” hekayəsi;
“KORİFEYLƏR” rubrikasında – F.M.Dostoyevskinin “Dayının yuxusu” povesti;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Mövlud Süleymanlının “Payız muştuluqları” hekayəsi;
“DUBLİN MÜKAFATI LAUREATLARI” rubrikasında – Kolm Toybinin “Bruklin” romanının ardı;
“YAPON HEKAYƏLƏRİ”
“MEMUAR” rubrikasında – Con Steynbekin “Rusiya gündəliyi”;
“ÇAĞDAŞ İSRAİL NƏSRİ” rubrikasında – David Markişin “Bəxtəvər Tal” hekayəsi;
“ÇAĞDAŞ POEZİYA” rubrikasında – Tatyana Uvarovanın şeirləri;
“TEATR” rubrikasında – Semyuel Bekketin “Xoşbəxt günlər” pyesi;
“MÜDRİK KƏLAMLAR” rubrikasında – Aristotel, Sokrat və Siseronun məşhur kəlamları ilə tanış ola bilərlər.
Jurnalın bu sayı Bakının aşağıdakı köşklərindən əldə edilə bilər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında
Almaniyanın populyar “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...
-
Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.
-
Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”
Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.