“Qarabağın incisi Şuşa” kitabı Bosniya və Herseqovinada nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 2022-ci ildə ölkədə elan olunmuş “Şuşa İli”-nə töhfə olaraq ərsəyə gətirdiyi “Qarabağın incisi – Şuşa” kitabı Sarayevoda nəşr olunub. Azərbaycanın qədim mədəniyyət beşiyi, Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılmış Şuşanın tarixi, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığını “Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası”, “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, “Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edən nəfis tərtibatlı kitab-albom Bosniya və Herseqovinanın zəngin ənənəli “Yesari Qrup” nəşriyyatında işıq üzü görüb.
Nəşrin layihə rəhbəri – Xalq yazıçısı Afaq Məsud, bosniya dilinə tərcümə müəllifi – tanınmış bosniyalı tərcüməçi Admira Cosoviçdir.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...