Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin ingilis dilinə tərcümə edilmiş “Bənəfşə” şeirinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi və filoloqu Tom Bottinqdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Edqar Allan Po, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
Molla Pənah Vaqif
(1717–1797)
· XVIII əsr görkəmli Azərbaycan şairi, siyasi və ictimai xadim;
· Qarabağ xanının baş vəziri olub;
· Azərbaycan poeziyasında realizm janrının yaradıcısıdır;
· xeyli sayda qəzəl, qoşma, təcnis, müstəzad və müxəmməs müəllifidir;
· əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
· Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixində “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb, şairin adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib.
Bənəfşə
Bir üzü gül, rəngi lalə, zülfü tər,
Gəştə çıxıb, dərər taza bənəfşə.
Dəstə-dəstə sancıb buxaq yanına,
Yaraşıbdır о şahbaza bənəfşə.
Cismi mərmər, həlqə zülfləri qara,
Оnu görən məcnun оlur – avara,
Hörüb saçlarını, salıb qatara,
Düzüb tеlə, həm qоtaza bənəfşə.
Yaşı оn səkkizə yеnicə yеtmiş,
Gözəllikdə tamam xəlqi mat еtmiş,
Gəştə çıxmış – yar gəldiyin еşitmiş,
Dağa salıb bir avaza bənəfşə.
Göysün açıb, ağ qоlların çırmasın,
Еlə gəzsin, оnu rəqib görməsin,
Əğyar ilən çıxıb sеyrə, dərməsin,
Layiq оlmaz anlamaza bənəfşə.
Sən sallanıb qabağımdan gеdəndə,
Hərgiz qalmaz səbrü ixtiyar məndə.
Vaqif zülflərini tərif еdəndə,
Gərəkdir ki, əvvəl yaza: bənəfşə.
https://www.poetry.com/poem/187800/her-face-and-features,-rose-and-tulip-tinted%E2%80%A6 |
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...