Məhəmməd Füzuli yaradıcılığı ABŞ-ın ədəbiyyat portallarında

Məhəmməd Füzuli yaradıcılığı ABŞ-ın ədəbiyyat portallarında

Amerika Birləşmiş Ştatlarının populyar “All Poetry”“PoetrySoup” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmiş “Məni candan usandırdı” qəzəlinin yayınına başlayıb.

Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan qəzəlin ingilis dilinə tərcümə müəllifi – tanınmış amerikalı tarixçi və tərcüməçi Bernard Lyuisdir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən  izlənən “All Poetry”“PoetrySoup” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Ceyn Ostin, Pablo Neruda, Aleksandr Puşkin kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Məhəmməd Füzuli

(1494-1556)

·         XVI əsr dahi Azərbaycan şairi;

·         Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifidir;

·         görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacibəyli “Leyli və Məcnun” poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;

·         türk, ərəb, fars dillərində onlarla lirik qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;

·         əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;

·         Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;

·         vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsinin yaxınlığında dəfn olunub.

 

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?


Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?


Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?


Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?


Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?


Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazını?


Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

 


 

Keçid linki

https://www.poetrysoup.com/poem/


https://allpoetry.com/Poetry_Land

 

 

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: