Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib.
Məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və xəlifə”, “Xəsis dəyirmançı” kimi ibrətamiz məzmunlu nağıllar daxil edilib.
Nağılların ispan dilindən tərcümə müəllifi – Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, redaktoru – Selcan Abasovadır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...