Sertifikatlar sahiblərinə təqdim olundu

Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, tibb, neft-qaz və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
Sertifikatların təqdimat mərasimində Mərkəzin beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Fərid Camalov, tərcümə işinin təşkili şöbəsinin müdirı Nəzakət Ağayeva, marketinq və yayım şöbəsinin müdiri Kəmalə Ələkbərova Seçim Turlarının məqsədləri barədə danışaraq imtahan mərhələlərindən uğurla keçmiş və Mərkəzin sertifikatlarına layiq görülmüş mütəxəssisləri təbrik ediblər. Qeyd edək ki, tərcüməçilərə dair məlumatlar Mərkəzin rəsmi məlumat bazasına (reyestrə) yerləşdiriləcək.
Turlarda Dövlət Tərcümə Mərkəzinin sertifikatlarını qazanmış mütəxəssislər:
1 | İmaməliyeva Sevinc | – | ictimai- siyasi (ingilis – Azərbaycan); |
2 | Kərimova Xumar | – | tibb (ingilis –Azərbaycan; ingilis – rus); |
3 | Həsənli Səyyarə | – | ictimai- siyasi (ingilis -rus - ingilis); |
4 | Səfərli Aysel | – | neft-qaz (ingilis-Azərbaycan -ingilis); |
5 | İmanova Nigar | – | ictimai- siyasi (ingilis – Azərbaycan); |
6 | Hüseynli Fatimə | – | ictimai- siyasi (ingilis – Azərbaycan–ingilis); |
7 | Yunusova Aynur | – | ictimai- siyasi (ingilis – Azərbaycan–ingilis); |
8 | Əhmədli Türkan | – | ictimai- siyasi (ingilis – Azərbaycan–ingilis); |
9 | Alməmmədov Şükür | – | hüquq (türk - Azərbaycan); |
10 | Kərimova Xumar | – | tibb (rus - Azərbaycan – rus); |
11 | Qəhrəmanova Sevil | – | ictimai- siyasi (fransız – Azərbaycan–fransız); |
12 | Salah Alsu | – | media (fransız – rus; ingilis-rus); |
13 | Əhmədli Türkan | – | ictimai-siyasi (italyan – Azərbaycan – italyan); |
14 | Rzayeva Nəzrin | – | ictimai-siyasi (Azərbaycan – italyan). |
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...