Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında

Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında

Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin alman dilinə tərcümə edilmiş Poçt qutusu” hekayəsinin yayınına başlayıb.

Yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləritanınmış Avstriya tərcüməçisi, filoloq Andreas Kriber alman dili mütəxəssisi Cəfər Cəfərovdur.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən  portal mütəmadi olaraq səhifələrində Yohann Volfqanq Höte, Fridrix Şiller, Fyodor Dostoyevski, Frans Kafka, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

 

Cəlil Məmmədquluzadə

(1869–1932)


  yazıçı, dramaturq;

  Molla Nəsrəddin ədəbi məktəbinin yaradıcısı;

  ilk təhsilini mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb, Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib və bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib;

  1904-cü ildə Tiflisdə nəşr edilən Şərqi-rus qəzetinin redaksiyasında  çalışıb

 “Danabaş kəndinin əhvalatları”, “Poçt qutusu, Usta Zeynal, Qurbanəli bəy”, “Dəli yığıncağı”, “Ölülər kimi povest, hekayə və pyeslərin müəllifidir;

   4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib və “Fəxri Xiyaban”da dəfn olunub;

   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.

 

 

https://www.gedichtesammlung.net/Kurzgeschichten/Der-Briefkasten/

 

 

 

 

VƏ DİGƏR...