Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Madriddə işıq üzü görmüş “Görkəmli şəxsiyyətlərin həyatı — Heydər Əliyev” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının rəsmi portalına yerləşdirilib.
Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.
Qeyd edək ki, kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, ölkənin 24 mərkəzi kitabxanasına yerləşdirilib.
Kitabxanaların siyahısı:
İspaniya Milli Kitabxanası
Valensiya Mədəniyyət Evinin Kitabxanası
Madrid Komplutense Universitetinin Kitabxanası
Barselona Universitetinin Kitabxanası
Alkala Universitetinin Kitabxanası
Kral Tarix Akademiyasının Kitabxanası
Mario Varqas Lyosa adına Dövlət Kitabxanası
Qabriel Qarsia Markes adına Dövlət Kitabxanası
San Blas Dövlət Kitabxanası
Aluçe Dövlət Kitabxanası
Migel Delibes adına Dövlət Kitabxanası
Pablo Neruda adına Dövlət Kitabxanası
Euxenio Trias adına Dövlət Kitabxanası
Kaniyexas Dövlət Kitabxanası
San Fermin Dövlət Kitabxanası
Damaso Alonso adına Dövlət Kitabxanası
Fransisko İbanez adına Dövlət Kitabxanası
Xerardo Diego adına Dövlət Kitabxanası
Qloriya Fuertes adına Dövlət Kitabxanası
Pio Baroxa adına Dövlət Kitabxanası
Ana Maria Matute adına Dövlət Kitabxanası
Benito Perez Galdos adına Dövlət Kitabxanası
David Gistau adına Dövlət Kitabxanası
İvan de Vargas adına Dövlət Kitabxanası
Xose İerro adına Dövlət Kitabxanası
https://www.bne.es/es/colecciones/archivo-web-espanola/buscador?buscar=Heydar+Aliyev+&titulo=on&materia=&coleccion=&total=1&page=1&materia-id=&coleccion-id=&orden=titulo_asc |
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.