Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib. Şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, “Görüş”, “Həqiqət” və s. bu kimi şeirləri daxil edilib.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş Makvala Qonaşvili beynəlxalq poeziya müstəvisində “Lalələr tonqalı”, “Günəşin göz yaşları”, “Mən sizi sevirəm”, “Adlar və simalar”, “Çağırış”, “Buradan sizə qədər” kimi şeir kitabları ilə məşhurlaşıb.
Kitabın ön sözünün müəllifi tanınmış yazıçı Etimad Başkeçid, gürcü dilindən tərcümə müəllifi – şair İmir Məmmədli, redaktoru şair Mahir N. Qarayev və Şəfiqə Şəfadır.
Ön söz
Tanınmış gürcü şairi Makvala Qonaşvilinin “Min ikinci gecә” kitabı özünün bir çox cәhәtlәri ilә sәciyyәvidir. Toplunun adında ehtiva olunan mәnadan da göründüyü kimi, bu şeirlәrin bir qismini şәrti olaraq nağıldan sonrakı әhvali-ruhiyyәnin, “yeni әsr”in gәtirdiyi ab-havanın, emosiyaların әlamәtlәrini özündә daşıyan, öz epik siqlәti ilә seçilәn әsәrlәr kimi xarakterizә etmәk olar. Makvala Qonaşvili, heç şübhәsiz, gürcü әdәbiyyatında tәkcә mәnәvi-intellektual vә fәlsәfi-psixoloji mәsәlәlәrin gündәmdә saxlanması vә özünәxas şәrhi ilә kifayәtlәnmәyib cәmiyyәtdәki dәyişikliklәrin ümumi xarakterini dә gözdәn qaçırmayan yazarlar qrupuna aiddir. Onun yaradıcılığını modernist meyillәrin bu torpaqlarda tarixәn formalaşmış mәdәni şüurla çulğaşdığı әdәbi modellәrdәn biri kimi nәzәrdәn keçirmәk olar. Əksәr müasirlәri kimi Qonaşvili dә qapalı mәdәni konstruksiyalara yox, Avropa vә dünya әdәbiyyatında gedәn proseslәri özündә әks etdirәn yazı üslubuna isnad edir vә buna görә şairin әsәrlәri yaradıcılığının heç bir mәrhәlәsindә statik tәsir bağışlamır. Makvala Qonaşvilinin әsәrlәrindә Gürcüstanın mәdәni hәyatında әhәmiyyәtli rol oynayan şәrq ortodoks xristianlığı әnәnәsinin tәsiri aydın hiss olunur. Dini motivlәr, simvollar vә obrazlar bu şeirlәrin ümumi koloritini tәşkil edәn elementlәrә çevrilir.
Necә axtarırdı bir-birini,
Necә bir-birini görmәyә can atırdı
– İnsan vә Tanrı, bir-birinin üzünә dikilmişdi…
Mәnimsә әllәrimdә iki qanad,
kәsilmiş iki qanad çırpınırdı,
yelpik kimiydi, yellәnirdi. –
Şairin yaradıcılığının xristian әsasları haqqında danışarkәn kanonik tәsәvvürlәrә uyğun olaraq burada geniş mәnada götürülәn sevgi lirikasından bәhs etmәk lazım gәlir. Bibliya obrazları vә süjetlәri prizmasından hadisәlәrә müәllifin özәl yanaşmasını әks etdirәn, onun tükәnmәz ilham qaynağına çevrilәn motivlәrdәn söhbәt gedir. Milli tarix vә mәdәniyyәt irsinin cazibәsi gürcü poeziyasının toxumasına, mayasına hopmuşdur. Gürcüstan tarixinin qәhrәmanlıq hadisәlәrinә istinad edәn, milli mәnsubiyyәti vә mәnәvi irsini qürur mәnbәyi kimi hәr zaman diqqәt mәrkәzindә saxlayan poetik nümunәlәrdә müәyyәn sәslәşmәlәrin olması tәbiidir. Bu mәnada Makvala Qonaşvilinin ayrı-ayrı әsәrlәrindә yer alan intertekstuallığı onun yaradıcılığının poetik aspekti, yaradıcı “Mәn”inin inikası kimi qәbul edə bilәrik. Bu hәm dә onun poetik ideyalarının çoxmәnalılığını güclәndirәn amilә çevrilir. Bәzi hallarda isә әksinә, adama elә gәlir ki, şairi әtraf gerçәklikdәn daha çox öz duyğuları, hisslәri vә reflekslәri maraqlandırır. Lakin bu mәqam, demәk olar, bütün müasir şairlәri birlәşdirәn ümumi tendensiyanın tәzahürüdür. Makvala Qonaşvilinin әsәrlәri dünyanın bir çox dillәrinә tәrcümә olunub. O, İlya Çavçavadze, Qalaktion Tabidze, Anna Kalandadze adına әdәbiyyat mükafatları laureatıdır. Gürcüstan Yazıçılar Birliyinin sәdri kimi Azәrbaycan әdәbiyyatının Gürcüstanda tәbliği vә ölkәlәrimiz arasında mәdәni әlaqәlәrin güclәnmәsi istiqamәtindә әhәmiyyәtli işlәr görür. “Min ikinci gecә” şeirlәr toplusunun oxucularımız tәrәfindәn maraqla qarşılanacağına ümid edirik.
Etimad Başkeçid
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...