Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

Dövlət Tərcümə Mərkəzinin Madriddə ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı İspaniyanın aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
Qeyd edək ki, zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.
İspaniya Milli Kitabxanası
Valensiya Mədəniyyət Evinin Kitabxanası
Madrid Komplutense Universitetinin Kitabxanası
Barselona Universitetinin Kitabxanası
Alkala Universitetinin Kitabxanası
Kral Tarix Akademiyasının Kitabxanası
Mario Varqas Lyosa adına Dövlət Kitabxanası
Qabriel Qarsiya Markes adına Dövlət Kitabxanası
San Blas Dövlət Kitabxanası
Aluçe Dövlət Kitabxanası
Migel Delibes adına Dövlət Kitabxanası
Pablo Neruda adına Dövlət Kitabxanası
Euxenio Trias adına Dövlət Kitabxanası
Kaniyexas Dövlət Kitabxanası
San Fermin Dövlət Kitabxanası
Damaso Alonso adına Dövlət Kitabxanası
Fransisko İbanez adına Dövlət Kitabxanası
Xerardo Diego adına Dövlət Kitabxanası
Qloriya Fuertes adına Dövlət Kitabxanası
Pio Baroxa adına Dövlət Kitabxanası
Ana Maria Matute adına Dövlət Kitabxanası
Benito Perez Galdos adına Dövlət Kitabxanası
David Gistau adına Dövlət Kitabxanası
İvan de Vargas adına Dövlət Kitabxanası
Xose İerro adına Dövlət Kitabxanası
VƏ DİGƏR...
-
Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.
-
Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: