“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında
“NOBEL KÜRSÜSÜ” rubrikasında – Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Cəlil Məmmədquluzadənin felyetonları;
“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi;
“BƏŞƏRİ POEZİYA” rubrikasında – Fransisko de Kevedonun seçmə şeirləri;
“ƏDƏBİ MÜZAKİRƏ” rubrikasında – “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı;
“TÜRK XALQLARI ƏDƏBİYYATI” rubrikasında – Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti;
“İSVEÇ ƏDƏBİYYATI” rubrikasında – Tove Alsterdalın “Görüş” hekayəsi;
“LATIN AMERİKASI ƏDƏBİYYATI” rubrikasında – Kamilo Xose Selanın miniatürləri;
“DRAMATURGİYA” rubrikasında – Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi;
“ROMAN” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlərlə tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.