Səfir Kristofer Berroteran: “Çox istərdik ki, zəngin Venesuela ədəbiyyatı Azərbaycan ədəbiyyatı ərazisinə daxil olsun”
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.
Görüş zamanı Venesuela ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, Venesuelanın klassik, eləcə də müasir ədəbiyyatının Azərbaycan ədəbi zümrəsinə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Nəzərdə tutulan tərcümə layihələrinin, ilkin olaraq tanınmış Venesuela şairi Ana Maria Oviedo Palomaresin şeirlər toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri ilə başlanılmasına dair istək və azularını çatdıran Səfir kitabın yaxın aylarda Azərbaycanda qeyd ediləcək Venesuela Respublika Gününə əlamətdar töhfə olacağını bildirib. O, eyni zamanda Azərbaycan - Venesuela ədəbi əlaqə və mübadilələrinin təşkili və inkşafı istiqamətində perspektiv layihələrin Venesuela Mədəniyyət Nazirliyi və Venesuela Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib.
Görüşün sonunda qonaq Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsuda Venesuelanın görkəmli siyasi xadimi Uqo Çaves Friasın “Göy kitab” kitabını hədiyyə edib.
Qalereya
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...