Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski)“Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib.

Dövlət Tərcümə Mərkəzinin binasında baş tutan tədbiri giriş sözü ilə Mərkəzin Beynəlxalq əlaqələr idarəsinin rəisi Püstə Axundova açaraq Rusiya Tərcümə İnstitutu ilə Dövlət Tərcümə Mərkəzinin davamlı əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdən danışıb.

Daha sonra Rusiya Tərcümə İnstitutunun direktoru Yevgeni Rezniçenko, institutun proqram direktoru, ədəbiyyatşünas-alim Nina Litvinets, Rusiyada yaşayan tanınmış alim Abuzər Bağırov çıxış edərək Rusiya Tərcümə İnstitutu və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilən nəşrlərin müasir dövrdə əhəmiyyətindən, Rusiya və Azərbaycan ədəbiyyatları arasında mövcud olmuş sıx ədəbi əlaqələrin tarixindən söz açıblar.

Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud rus dili və ədəbiyyatının hələ sovet illərində Azərbaycan ədəbiyyatı və bədii fikrinə təsirindən, dünya ədəbiyyatına açılan nəfəslik rolu oynadığından danışaraq görülən işin Rusiya və Azərbaycan ədəbiyyatlararası əlaqələrin yeni müstəvidə inkişafına əsaslı təkanlar verəcəyinə böyük ümidlər bəslədiyini qeyd edib. Xalq şairi Ramiz Rövşən, Bakı Slavyan Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudova, tanınmış şair Nigar Həsənzadə, yazıçı Yaşar Əliyev, yazıçı Etimad Başkeçid, tərcüməçi İlqar Əlfi Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsərlərin bədii məziyyətindən, Dostoyevski və Platonov dühasından söz açaraq tərcümənin xalqlararası dostluq və anlaşma körpüsü rolunu oynadığını, görülən işin bu sahəyə verilmiş əlamətdar töhfələr olduğunu bildirmişlər.

 

 

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: