Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabı (müəllif Venesuela şairi Anna Maria Oviedo Palomares) X Bakı Beynəlxalq Kitab Sərgisində geniş ictimaiyyətə təqdim olunub.
Latın Amerikası ölkələrinin Azərbaycanda akreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri – Venesuela Bolivar Respublikasının səfiri cənab Kristofer Alberto Martinez Berroteran, Meksika Birləşmiş Ştatlarının səfiri xanım Viktoriya Romero, Kuba Respublikasının səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon, Kolumbiya Respublikasının səfiri cənab Luis Fernando Kuartas Ayala və digər qonaqların iştirak etdiyi tədbir Latın Amerikası ədəbiyyatının ölkədə tanıdılması istiqamətində Mərkəz tərəfindən həyata keçirilən layihələri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan maraq və sevgidən, ərsəyə gətirilən kitabın bədii məziyyətlərindən danışıb.
Anna Maria Palomares yaradıcılığına göstərdiyi diqqətə görə Dövlət Tərcümə Mərkəzinə minnətdarlığını bildirərək ədəbiyyatın, bədii sözün xalqları bir-birinə yaxından tanıdan, dostluq və anlaşma münasibərlərini daha da sıxlaşdıran ən təsirli vasitə olduğunu qeyd edib, şeirlərindən nümunələr səsləndirib. Daha sonra kitabın bədii tərcümə müəllifi, tanınmış şair-tərcüməçi Mahir Qarayev, Venesuela Bolivar Respublikasının Azərbaycanda səfiri cənab Kristofer Alberto Martinez Berroteran “Söyüd krallığı” kitabında yer alan şeirlərin şərq motivindən söz açaraq nəşrin bu baxımdan Azərbaycan oxucusunda xüsusi maraq yaradacağını qeyd ediblər.
Tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran şair Azərbaycan-Venesuela ədəbi əlaqələrinin genişləndirilməsi, Azərbaycan poeziyasının Venesuelada tanıdılması istiqamətində fikir və təkliflərini bildirib.
Tədbirin sonunda müğənni Firuzə Məmmədova məşhur Venesuela mahnısını – “Düzənliyin ruhu”nu səsləndirib.
Qalereya
VƏ DİGƏR...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...
-
Vaqif Bayatlı Odər yaradıcılığı Argentina ədəbiyyat portalında
Argentinanın populyar “Antología poética” (“Poetik antologiya” ) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
ABŞ-nin populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...