Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

   

 

 

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirilən seçim turlarına qeydiyyat davam edir. Turlar xarici dillər və sahələr (ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və s.) üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

      Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin  oktyabr ayının 31-dək  Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər:

 

1. Şəxsiyyət vəsiqəsinin surəti;

2. CV

Qeyd: Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir; turlarda iştirak ödənişlidir.

Əlaqə telefonu: (+994 12) 566 80 27 (daxili nömrə: 123)

                                        (050) 499 35 58

 

VƏ DİGƏR...