AZӘRBAYCAN RESPUBLİKASI

Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni, bu ərazidə yaşayan əhali odu allah sayırdı, oda tapınırdı. "Azər" - od, atəş deməkdir, digər tərəfdən, Azərbaycan ərazisində qədim zamanlardan yaşamış türk soylu əhalinin "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "odu qoruyan" deməkdir. Deməli, "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.

Azərbaycan Respublikasının yarandığı tarix

28 may 1918

Bayrağın qəbul edildiyi gün

9 noyabr 1918

Müstəqilliyin bərpa edildiyi tarix

18 oktyabr 1991

Konstitusiyanın qəbul edildiyi tarix

12 noyabr 1995

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşulduğu gün

30 yanvar 1992

Birləşmiş Millətlər Təşkilatına daxil olduğu gün

2 mart 1992

Müstəqil Dövlətlər Birliyinə daxil olduğu gün

19 sentyabr 1995

Avropa Şurasına daxil olduğu gün

17 yanvar 2001

Ərazisi (quruda) (Azərbaycan Respublikası)

86.6 min kv.km

Ərazisi (quruda) (Azərbaycan SSR aprel-noyabr 1920 ci il)

114 min kv.km*

Ərazisi (quruda) (Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920)

125 min kv.km*

Əhalisinin sayı (2011-ci il üçün)

9.0 mln nəfərdən çox

1 kv.km-ə düşən əhalinin sıxlığı, nəfər (2011)

99.65

Paytaxtı

Bakı şəhəri

Dövlət dili

Azərbaycan dili

Pul vahidi

Manat

Milli domen

.az

Beynəlxalq telefon kodu

+994

Qeyd: * (ulduz) işarəsi ilə verilən rəqəmlər yuvarlaqdır.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 105. Bayram günləri

Yeni il bayramı

1 - 2 yanvar

Qadınlar günü

8 mart

Faşizm üzərində qələbə günü

9 may

Respublika günü

28 may

Azərbaycan xalqının milli qurtuluş günü

15 iyun

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

26 iyun

Dövlət müstəqiliyi günü

18 oktyabr

Zəfər günü

8 noyabr

Dövlət Bayrağı günü

9 noyabr

Konstitusiya günü

12 noyabr

Milli Dirçəliş günü

17 noyabr

Dünya azərbaycanlılarının həmrəyliyi günü

31 dekabr

Novruz bayramı

5 gün

Ramazan bayramı

2 gün

Qurban bayramı

2 gün

 

QANLI YADDAŞ

 

20 yanvar - Ümumxalq hüzn günü

31 mart - Azərbaycanlıların soyqırımı günü

26 fevral - Xocalı soyqırımı günü