Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
![Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında](https://aztc.gov.az/thumbs/index.php?size=410&src=posts/Manşet_662b96ebd5809.jpg)
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş tanınmış uşaq yazıçısı Elvira Araslının “Əfsanənin ikinci həyatı” kitabı Non/fictioN(bahar) beynəlxalq sərgi– yarmarkasının uşaq ədəbiyyatı top siyahısına daxil edilib.
Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunan kitaba yazıçının “İnadkarlar şəhərinin sirri”, “Sehrli zər”, “Əfsanənin ikinci həyatı” kimi nağılları daxil edilib.
Kitabın redaktorları – Mərkəzin rus dili üzrə mütəxəssisi Püstə Axundova və Rusiya ədəbiyyatşünas-alimi Yuri Fridşteyndir.
Qeyd edək ki, 1999-cu ildə təsis edilmiş Rusiya Beynəlxalq İntellektual Ədəbiyyat Kitab Sərgisində bədii, publisistik, elmi-kütləvi, uşaq, memuar ədəbiyyatı və digər janrlar üzrə ədəbi kitablar sərgilənir. Ən oxunaqlı yeni nəşrlər isə yarmarkanın ənənəsinə uyğun olaraq top siyahılar şəklində sərginin mərkəzi hissəsində təqdim edilir.
VƏ DİGƏR...
-
Molla Pənah Vaqif yaradıcılığı ABŞ ədəbiyyat portalında
Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli...
-
Cəlil Məmmədquluzadə yaradıcılığı Avstriya ədəbiyyat portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq...