Azərbaycan nəsri “Migel de Servantes” kitabxanasında
İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir nəsrinin Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, Ənvər Məmmədxanlı, İsa Hüseynov, Anar, Elçin, Rafiq Tağı, Afaq Məsud, Etimad Başkeçid, Orxan Fikrətoğlu və İkinci Mahmud kimi tanınmış ədəbi simalarının ispan dilinə tərcümə olunmuş əsərlərini bir araya gətirən “Müasir Azərbaycan nəsri antologiyası” kitabını “Ədəbi nəşrlər” bölməsində yerləşdirib.
Bölmədə yer alan əsərlər ədiblərin yaradıcılığı haqqında geniş məlumatlarla təqdim edilir.
Kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan filoloqu Fransisko Kapilla Martin, ispan dili mütəxəssisləri Rəhimə Məmmədova və Ramizə Həsənovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən virtual kitabxana mütəmadi olaraq səhifələrində Migel de Servantes, Uilyam Şekspir, Aleksandr Puşkin, Fyodor Dostoyevski, Xuana İnes de la Krus, Fridrix Şiller, Qustavo Adolfo Bekker, Federiko Qarsia Lorka, Pablo Neruda, Qabriel Qarsia Markes, Antonio Maçado kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
VƏ DİGƏR...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...