Vaqif Bayatlı Odər yaradıcılığı Rusiya ədəbiyyat portalında

Rusiyanın populyar “Litpriçal” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairi Vaqif Bayatlı Odərin rus dilinə tərcümə edilmiş “Qəribik, şairim, qəribik, sözüm” şeirinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin rus dilinə tərcümə müəllifi – tanınmış rus tərcüməçisi İqor Taraseviçdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portal mütəmadi olaraq səhifələrində Aleksandr Puşkin, Marina Svetayeva, Anna Axmatova, Bulat Okudcava, İosif Brodski kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Vaqif Bayatlı Odər
(1948)
· Şair, tərcüməçi;
· “Ulduz” jurnalının şöbə müdiri, “Xəzər” jurnalının baş redaktoru vəzifələrində çalışıb;
· “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Ən gülməli ölü”, “Yupyumru bir eşq ilə” və “Bəy atlı şeirlər” kimi kitabların müəllifidir;
· “Mirzə Cəlil” və “Vladimir Mayakovski” mükafatları laureatıdır;
· “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Qəribik, şairim, qəribik, sözüm
Şairlər qəribdir bu Yer üzündə
Küçədə, bayırda, evdə, eşikdə,
Meşənin içində, çölün düzündə
Oğul, qız yanında, ata yanında.
Qəribik, şairim, qəribik, sözüm,
min illər sonra da ayrılıq yenə,
qəmli axşamlartək enər göylərdən
şairin qəbrinə, sözün qəlbinə.
Qəribik, şairim, qəribik, sözüm,
qəriblik əksilmir gözlərimizdən,
dünya doğma gəlmir gözlərimizə,
qəmi yığmaq olmur sözlərimizdən.
Keçib gəldiyi
Göy üzü kimidi şairin üzü –
işığı saralar, buludu keçər
Hər gün könlümüzdən, ürəyimizdən
göy üzünə dönmək umudu keçər.
https://www.litprichal.ru/work/541321/ | ![]() |
VƏ DİGƏR...
-
AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...