Uilyam Folknerin “Seçilmiş əsərləri” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti nəşri – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin “Seçilmiş əsərləri” kitabını ərsəyə gətirib.
Yazıçının məşhur “Səs-küy və hiddət” romanına yazılan “Səs-küy və hiddət romanı haqqında” adlı məqalə ilə başlayan kitaba ədibin Nobel nitqi, “Qırmızı yarpaqlar”, “Yanğın”, “O gün şər qarışanda”, “Yağmursuz sentyabr”, “Emili üçün qızılgül”, “Saçlar”, “Qısqanclıq” hekayələri, “Səs-küy və hiddət” romanı ilə yanaşı tanınmış tərcüməçi Tehran Vəliyevin Folkner yaradıcılığı haqqında qələmə aldığı “Uilyam Folkner və onun Yoknapatofa saqası” essesi də daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Natiq Səfərov, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev və Etimad Başkeçiddir.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...