“Alman-Azərbaycan dili danışıq kitabçası” nəşr olundu

Dövlət Tərcümə Mərkəzi xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq daha bir sözlük – “Alman-Azərbaycan dili danışıq kitabçası” söz toplusunu ərsəyə gətirib.
Kitabçaya toplanmış söz və ifadələr “Əlifba və tələffüz”, “Tanışlıq”, “İlk söhbət”, “Ən işlək ifadələr”, “Anlaşma”, “Salamlaşma və vidalaşma”, “Sözləşmə”, “Razılaşma və yaxud imtina”, “Məmnuniyyət və narazılıq”, “Xahiş və minnətdarlıq”, “Üzrxahlıq”, “Gecələmə”, “Yolda”, “Vağzalda”, “Uşaqlarla səyahət”, “Restoranda”, “Alış-veriş”, “İdman və əyləncə”, “İstirahət”, “Bank və idarə anlaşması”, “Zaman”, “Saylar” və s. bu kimi fəsillər üzrə təqdim edilib.
Sözlüyün tərtibçisi – alman dili mütəxəssisi Vüsal Abbaszadə, alman dili üzrə redaktoru Vilayət Hacıyev, Azərbaycan dili üzrə redaktoru Şəfiqə Quliyevadır.
Qeyd edək ki, sözlük almandilli ölkələrə işgüzar və turist səfərlərinə gedənlər, eləcə də alman dilində şifahi ünsiyyətə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.
Kitabçanı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Center”
“Çıraq” kitab evi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
VƏ DİGƏR...
-
Sertifikatlar sahiblərinə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
-
Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.
-
Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.