Məhəmməd Füzuli yaradıcılığı xarici KİV-də
Əlcəzairin populyar “Alharir.info”, “Ərəb şeir divanı”, Mərakeşin “Xəbər əl-Yaum”, İraqın “Fikr nur”, Gürcüstanın “Qafqaz Türk”, Türkiyənin “Detay haberler”, “Haber 232” ədəbiyyat, xəbər portalları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Azərbaycan və ərəb dillərində yazdığı mədhiyyə, qəzəl, müsəddəs və rübailərin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan əsərlər ərəb və Türkiyə portallarında orijinal variantda təqdim olunub. Gürcü dilinə tərcümə müəllifi isə tanınmış gürcü tərcüməçisi Zezva Medulaşvilidir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portallar mütəmadi olaraq səhifələrində Federiko Qarsia Lorka, Herman Hesse, Alberto Rios, Qabriel Qarsia Markes, Ernesto Sabato kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.
Məhəmməd Füzuli
(1494–1556)
· XVI əsr dahi Azərbaycan şairi;
· Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifi;
· görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli “Leyli və Məcnun” poemasının motivləri əsasında Şərqin ilk operasını yazıb;
· türk, ərəb, fars dillərində xeyli sayda qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd və rübai qələmə alıb;
· əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib;
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib;
· vəsiyyətinə görə Kərbəlada, İmam Hüseynin məqbərəsi yaxınlığında dəfn olunub.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...