Dövlət Tərcümə Mərkəzinin əməkdaşları mükafatlandırıldı
Azərbaycan Dövlət Tərcümə Mərkəzində 2023-cü ilin yekunlarına dair tədbir keçirilib.
Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud tədbiri giriş sözü ilə açaraq il ərzində görülən işlərdən, Mərkəzin dil və tərcümə sahəsində ərsəyə gətirdiyi nəşrlərdən, həyata keçirilən uğurlu beynəlxalq layihələrdən danışıb.
Tədbirin sonunda Mərkəzin əməkdaşlarına mükafatlar təqdim olunub. Bədii tərcümə işinə verdiyi xüsusi töhfələrə görə yazıçı-tərcüməçi Etimad Başkeçid, şair-tərcüməçi Mahir N.Qarayev, şair-tərcüməçi Salam Sarvan, yazıçı-tərcüməçi İlqar Əlfi, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, həmçinin il ərzində göstərdiyi səmərəli fəaliyyətə görə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Püstə Axundova, Nəşriyyat və Poliqrafiya İdarəsinin rəisi Aqil Əmrahov, Tərcümə işinin təşkili şöbəsinin əməkdaşları – Nəzakət Ağayeva və Kəmalə Ələkbərova xüsusi mükafatlarla təltif olunub.
Qalereya
VƏ DİGƏR...
-
Səfir Kristofer Berroteran: “Zəngin Azərbaycan ədəbiyyatının Venesuelada tanıdılmasına çalışacağıq”.
Venesuela Bolivar Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Kristofer Alberto Martinez Berroteran Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir