“Yeni alınma sözlər lüğəti” nəşr olundu

Dövlət Tərcümə Mərkəzi son 25–30 ildə Azərbaycan dilinin leksik fonduna daxil olmuş ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnoloji və digər sahələrdə gedən proses və tendensiyaları əks etdirən yeni alınma sözlərin toplandığı “Yeni alınma sözlər lüğəti (izahlı sözlük)” kitabını nəşr edib.
Mütəxəssislərlə yanaşı kütləvi istifadə üçün nəzərdə tutulan lüğətin tərtibçi-müəllifi – filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, elmi redaktoru – AMEA-nın həqiqi üzvi Nizami Cəfərov, nəşriyyat redaktorları – Bəhlul Abbasov, Lətafət Səmədova və Aqşin Məsimovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
- “Libraff”
- “Kitabevim.az”
- “Akademkitab”
- “Akademiya” kitab evi
- “Azərkitab”
- Prezident Aparatının Kitab evi
- Azərbaycan Dillər Universitetinin satış köşkü
- “Pero” kitab mağazası
- “Oxumalı” kitab evi
- “Lider” kitab evi
VƏ DİGƏR...
-
Ulucay Akifin şeirləri İspaniya elektron ədəbiyyat jurnalında
İspaniyanın “Babab.Cultura de revista” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində yeni yaradılan “Azərbaycan şairləri” bölməsində gənc,
-
Türkiyə dərgisində Şuşa şairləri haqqında geniş məqalə dərc olunub
Türkiyə Dil və Ədəbiyyat dərgisinin 163-cü sayında Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq nəşr etdiyi, Şuşada doğulub-böyümüş görkəmli Azərbaycan şairləri
-
Zərdüşt Şəfinin hekayəsi Qazaxıstan ədəbiyyat portalında
Qazaxıstanın “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində dünyasını vaxtsız dəyişmiş gənc, istedadlı yazıçı Zərdüşt Şəfinin rus dilinə tərcümə olunmuş “Sonuncu çiçək dükanı”