Tanınmış Azərbaycan yazıçısı Etimad Başkeçid mükafata layiq görüldü

Bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na bu il – dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid layiq görülüb.

 

Etimad Başkeçid

– Yazıçı, tərcüməçi;

“Min yol mənə söylər…” romanının, “Dövri-aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrinin müəllifi;

Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” əsərinin tərcümə müəllifi;

– qədim yəhudi dini abidəsi “Tövrat”ın, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ilk mükəmməl tərcümə müəllifi;

–  “Panoptikum”“Min yol mənə söylər…” kitabları 2006-2012-ci illərdə nəşr olunub.



 

 

 

 

Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na 2020-2021-ci illərdə layiq görülənlər

 

 

* Rusiya ədəbiyyatı klassiki Sergey Yeseninin “Qara adam” poemasının orijinaldan tərcüməsinə görə – Xalq şairi Ramiz Rövşən

* Dünya şöhrətli ingilis yazıçısı Corc Oruellin “1984”“Heyvanıstan” romanlarının orijinaldan tərcüməsinə görə  – dilçi-alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev.

 

* Dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın “Məhkəmə” romanının orijinaldan tərcü­mə­sinə görə  – filologiya elmləri namizədi Vilayət Hacıyev

 

* Məşhur fransız səyyahı Jan Batist Şardənin “Səyahətnamə” əsərinin orijinaldan tərcüməsinə görə – tanınmış şair-publisist Vaqif Aslan


 

 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.