Əyyub Abasovun “Zəngəzur” romanı xarici KİV-də

Türkiyənin “dibace.net”, İordaniyanın “alanbatnews.net”, “johinanews.com”, “nbnjo.com”, Əlcəzairin “alharir.info”, İraqın “mustaqila.com” və “ashurnews.com” xəbər portalları tanınmış Azərbaycan yazıçısı Əyyub Abasovun ikicildlik “Zəngəzur” tarixi romanı əsasında hazırlanmış “Zəngəzur” romanından fraqmentlər” mətninin (ADTM) yayınına başlayıb.
Romandan seçilmiş parçalar 1918–1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın qədim Zəngəzur mahalında törədilmiş qanlı qətliamların, azərbaycanlıların öz dədə-baba yurdlarından zorla qovulmalarının gerçək mənzərələrini əks etdirir.
Mətnləri ərəb dilinə Dövlət Tərcümə Mərkəzinin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov və türk dili üzrə mütəxəssis Sənan Nağıyev tərcümə edib.
http://www.dibace.net/dunyadan/zengezur-romanindan-bolumler/ |
![]() |
![]() |
|
![]() |
|
http://www.nbnjo.com/مركز-الترجمة-الحكومي-الأذربيجاني-ينشر-مقتطفات-من-رواية-“زَنجازور“ | ![]() |
https://alharir.info/%D9%85%D8%B1%D9%83%D8%B2- | ![]() |
VƏ DİGƏR...
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...
-
Ernest Heminqueyin “Seçilmiş əsərləri” nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti kitab – dünya şöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin “Seçilmiş əsərləri” işıq üzü görüb.
-
“Xosrov və Şirin”in yeni tərcümədə nəşri ədəbi ictimaiyyətə təqdim olundu
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və Şirin” poemasının yeni filoloji tərcüməsi Milli Kitabxanada ictimaiyyətə təqdim olundu.