Tanınmış ermənilər öz milləti, dili və mədəniyyəti haqqında
Erməni xisləti haqqında dünyanın bir çox alim, filosof və yazıçıları tərəfindən fikirlər bildirilib. Amma bu millətin tarixi, mahiyyəti, mədəniyyəti haqqında əsl həqiqəti hamıdan dəqiq, incəliklərinə qədər açan öz tanınmışları olub. Həmin fikirlərdən bəzilərini təqdim edirik.
|
Yeğişe Çarens (şair): “Bizdə riyakarlıq hələ ana bətnində olarkən yaranır”. |
|
Ovanes Tumanyan (yazıçı): “Həqiqi qurtuluş daxildən başlanmalıdır, biz ermənilər isə daxilən xəstəyik”. |
Qevorq Aslan (tarixçi): “Ermənilər harada çörək boldursa, oranı özlərinə vətən hesab edirlər”. |
|
|
Kerovb Patkanov (tarixçi): “Ermənilər bəşər tarixində heç zaman hər hansı bir rol oynamayıblar”. |
|
Manuk Aqabekyan (dilçi, ədəbiyyatşünas): “Erməni xalqının kökləri haradadır, bura necə, nə vaxt, haradan və hansı yollarla gəlib, bizdə bu barədə dəqiq və aydın məlumat yoxdur”. |
|
Xaçatur Abovyan (yazıçı): “Lənətəgəlmiş türk dili sanki Tanrının xeyir-duasını alıb... Bütün bayramlarda və toy mərasimlərində biz ermənilər türkcə oxuyuruq. Dilimizin ən azı 50 faizi türk sözlərindən ibarətdir. Azərbaycan sözləri dilimizə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türk və azərbaycanca səslənir”. |
Levon Daleqyan (tarixçi): “Ermənilər öz milli varlığı ilə bağlı birbaşa türklərə borcludurlar. Əgər biz bizanslılar və ya digər avropalıların arasında yaşasaydıq, erməni adı ancaq tarix kitablarında qalardı”. |
|
|
Qazaros Ağayan (şair, yazıçı): “Bizim aşıqların şeirlə söylənən dastanları yoxdur, bu dastanların hamısı azərbaycancadır. Azərbaycan bayatılarından istifadə etməyimizin səbəbi budur ki, bu dildə istədiyin qədər ikimənalı və çoxmənalı sözlər var. Erməni xalqı və aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər – bu dil ermənilər üçün doğmadır. Ona görə də biz türkcə oxuyuruq”. |
Çevorq Qostanyan (ədəbiyyatşünas): “Bizim aşıqların erməni dilində şeiri, dastanı yoxdur, hamısı sırf türk dilindədir”. |
|
|
Avet Terteryan (musiqişünas): “Ermənilər ünsiyyətdə və danışıq dilində həmişə Azərbaycan atalar sözləri və məsəllərinə müraciət ediblər”. |
Edvin Arustamyan (dilçi): “Azərbaycan atalar sözləri və zərb-məsəllərinin çoxu ermənilər tərəfindən erməni dilinə tərcümə olunmadan istifadə olunur. Çünki Azərbaycan sözlərinin dərin fəlsəfi mahiyyəti tərcüməyə gəlmir”. |
|
Mikael Nalbandyan (ədəbiyyatşünas): “Həmişə təmiz erməni sözü eşitmək istəmişəm, amma təəssüf ki, bu günə qədər eşidə bilməmişəm”. |
|
|
Perç Proşyan (folklorşünas): “Erməni kişilər türk bayatılarını dinləyib türkcə ağlayırlar, qadınlar isə öz iniltiləri ilə onları müşayiət edirlər". |
|
Arakel Babaxanyan (dilçi): “Erməni aşıqları həyatı tərənnüm edərkən Azərbaycan dilinə üstünlük verirlər. Çünki Azərbaycan dili erməni dilindən daha zəngindir”. |
Qeqam Tarverdiyan (folklorşünas): “Erməni aşıqlarından topladığım şeirlərin müəyyən hissəsi sırf Azərbaycan dilindədir”. |
|
Nikoqayoz Tiqranov (musiqişünas): “Aleksandr Spendiarovun not kitabçasında çoxlu sayda deyimlər, muğamlar var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüştər”, “Kürd Şahnaz”... A.Spendiarov bu mənbələrin əksəriyyətindən öz əsərlərində də istifadə edib. Ermənilərin qulaqları tar və kamança səsi ilə dolub”. |
|
|
Aram Xaçaturyan (bəstəkar): “Mən Azərbaycan aşığıyam!” |
http://anl.az/el/Kitab/2016/Azf-290799.pdf
sayfa 3-26
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...