“Leyli və Məcnun” Almaniyada nəşr olundu

“Leyli və Məcnun” Almaniyada nəşr olundu

      Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairinin “Leyli və Məcnun” əsəri Almaniyada nəşr olunub.

      Frankfurtun zəngin ənənəli “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş kitabı alman dilinə görkəmli alman mütərcimi Rudolf Qelpke tərcümə edib.

     Qeyd edək ki, ilk dəfə 1963-cü ildə İsveçrənin Sürix şəhərində yerləşən “Manesse” nəşriyyatında işıq üzü görmüş kitab Nizami Gəncəvini almandilli oxuculara “fars şairi” kimi təqdim edən Ön sözlə nəşr edilmişdi. Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü və səyləri nəticəsində əsərin, Nizamini ilk dəfə almandilli ölkələrin oxucusuna “dahi Azərbaycan şairi” olaraq təqdim edən yeni Ön sözlə nəşrinə nail olundu.

     Əsərə dair rəngli illüstrasiyalarla nəfis tərtibdə, min tirajla nəşr edilmiş kitabın Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış alman naşiri  Hans-Jürgen Maurerdir.

       Kitabın yaxın günlərdə Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayişə çıxarılacağı, Almaniya, Avstriya, İsveçrə, LixtenşteynLüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, tanıtım və təqdimat tədbirlərinin keçiriləcəyi nəzərdə tutulur.

 

VƏ DİGƏR...

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

  • ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı

    Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.