Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, bolqar, isveç, niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, çin, hind və digər dillər üzrə keçirdiyi Seçim Turlarına qeydiyyatı davam etdirir.
Turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıdakı sənədlər bu ilin mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küç., 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. CV
Qeyd: 1. Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir;
2. turlarda iştirak ödənişlidir.
Əlaqə telefonu: (+994 12) 566 80 27 (daxili nömrə 108)
VƏ DİGƏR...
-
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş