“Şuşa İli”nə töhfə – “Qarabağın incisi Şuşa” kitab-albomu nəşr olundu

“Şuşa İli”nə töhfə – “Qarabağın incisi Şuşa” kitab-albomu nəşr olundu

Dövlət Tərcümə Mərkəzi ölkədə elan olunmuş “Şuşa İli”nə töhfə olaraq, Azərbaycanın qədim mədəniyyət beşiyi – 1752-ci ildə Qarabağ xanlığının müdafiə qalası və paytaxt şəhəri olaraq yaradılmış Şuşanın tarixini əks etdirən nəfis tərtibli “Qarabağın incisi Şuşa” adlı kitab-albom ərsəyə gətirib.

Şəhərin qədim mədəniyyəti, dini ibadətgahları, tarixi memarlıq abidələri, xarici ticarət əlaqələri, Azərbaycan və dünya mədəniyyəti tarixinə bəxş etdiyi dahi simalarının həyat və yaradıcılığı – “Şuşa – Qarabağ xanlığının paytaxtı”, “Şuşanın inşası», “Şuşa şəhərinin gerbi və gerbdə təsvir olunan məşhur Qarabağ atları”, “Şuşanın təbiəti, mənzərəsi və iqlimi”, “Şuşanın əhalisi və məhəllələri”, “Şuşanın dini abidələri”, “Şuşa – sənətkarlıq və ticarət mərkəzi”, “Şuşa – maarif, mədəniyyət və sənət məbədi”, Heydər Əliyev və Şuşa”, “Erməni qəsbkarlarının Şuşa arzusu”, “Şuşa, biz qayıtmışıq!”, “Yenilənən Şuşa” adlı fəsillər üzrə təqdim edilən  kitab-albomun türk, ingilis, rus və ərəb dillərində bir sıra xarici ölkələrdə də nəşri nəzərdə tutulur.

Nəşrin layihə rəhbəri – Xalq yazıçısı Afaq Məsud, arxiv materialları üzrə məsul katib – tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, redaktoru – İradə Musalıdır.

 

Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“Çıraq” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.

 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.