Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turları başa çatıb. İctimai-siyasi, elmi-texniki, təhsil, turizm, maliyyə, iqtisadiyyat, ilahiyyat, tibb, hüquq, sosial, mədəniyyət sahələri və dillər üzrə (ingilis, türk, ərəb, alman, rus, fransız, italyan, Çin və ivrit) turlardan uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.
Mərkəzin İdarə Heyətinin sədr müavini, Seçim Turunun rəhbəri Vilayət Hacıyev sertifikatların təqdimat mərasimində turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin inkişafına əlamətdar töhfələr verəcəyini, ölkənin dil və tərcümə sahəsində, tədricən də olsa, nizam yaradacağını bildirib.
2019-cu ilin I rübü üzrə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatına aşağıdakı tərcüməçilər layiq görülüb:
1. Seytlin Aleksey – (ingilis-rus) hüquq sahəsi üzrə;
2. Fətiyeva Əminə – (ingilis-Azərbaycan) texniki sahə üzrə;
3. Mecidova Əmirə – (Azərbaycan-ingilis-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;
4. Orucova Nigar – (rus-Azərbaycan) ictimai-siyasi sahə üzrə;
5. Məmmədova Ruqiyyə – (rus-Azərbaycan) hüquq sahəsi üzrə;
6. Alıyeva Kəmalə – (rus-Azərbaycan) hüquq sahəsi üzrə;
7. Nəcəfov Orxan – (Azərbaycan-rus-Azərbaycan) beynəlxalq münasibətlər sahəsi üzrə;
8. Kazımova Xatirə – (Azərbaycan-rus) iqtisadiyyat sahəsi üzrə;
9. Yaqubov Elvin – (rus-Azərbaycan) iqtisadiyyat, təhsil, hüquq, beynəlxalq münasibətlər və idman sahələri üzrə;
10. İbrahimov Elçin – (türk-Azərbaycan-türk) ictimai-siyasi sahə üzrə;
11. Bəkirli Çilənay – (fransız-Azərbaycan-fransız) ictimai-siyasi sahə üzrə;
12. Məmmədova Çinarə – (fransız-rus) siyasi-iqtisadi sahə üzrə;
13. Qarayev Ayxan – (ivrit-Azərbaycan-ivrit) hüquqi sənədlər sahəsi üzrə.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...