İspaniya-Azərbaycan ədəbi əlaqələri genişlənir
Aprelin 13-də İspaniya Krallığının rəsmisi cənab İqnasio Sançes Taboada Azərbaycan Tərcümə Mərkəzində olub.
Görüşdə Azərbaycan-İspaniya ədəbi əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb, artıq bir sıra dünya dillərinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniya nəşrinə dair məsələlər, həmçinin yaxın günlərdə işıq üzü görəcək, məşhur ispan yazıçısı Kamilo Xose Selanın kitabı ilə bağlı müzakirələr aparılıb.
Qalereya
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...