“Xosrov və Şirin” yeni tərcümədə nəşr olundu

Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – ölkədə elan olunmuş “Nizami Gəncəvi İli” münasibətilə dahi şairin irihəcmli əsəri – yeni filoloji tərcüməsi ərsəyə gətirilmiş “Xosrov və Şirin” poeması işıq üzü görüb. Sovetlər dönəmində əsasən poetikliyə üstünlüyün verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilərək təhriflərə uğramış misilsiz Nizami yaradıcılığını, sətir və misralarının alt qatında yatan məna və hikmətlərini dəqiqliyi ilə əks etdirən kitab bu ölməz Söz Xəzinəsinin düzgün anlanması, daha dərindən tədqiq və təhlil edilməsinə kömək məqsədilə hazırlanıb.
Əsərin fars dilindən sətri tərcüməsinin müəllifi – Mərkəzin fars dili üzrə mütəxəssisi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi – tanınmış yazıçı, tərcüməçi Etimad Başkeçiddir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı yaxın günlərdə aşağıdakı mağazalardan əldə etmək olar:
“Libraf”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Azərkitab”
Prezident Aparatının Kitab Evi
Azərbaycan Dillər Universitetinin satış köşkü
“Pero” kitab mağazası
“Oxumalı” kitab evi
“Lider” kitab evi
VƏ DİGƏR...
-
Fərhad Metenin şeirləri Türkiyə portalında
Türkiyənin populyar “Detayhaberler.com” portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış "Həyat" və "İstədiyin kimi" şeirlərinin yayınına başlayıb...
-
Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeiri Bolqarıstan elektron ədəbiyyat jurnalında
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayınına başlayıb.
-
Mirmehdi Ağaoğlunun hekayəsi Rusiya ədəbiyyat portalında
Rusiyanın populyar “Proza.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı yazıçı Mirmehdi Ağaoğlunun rus dilinə tərcümə olunmuş “Elektron poçt sifarişi” hekayəsinin yayınına başlayıb...