Ramiz Rövşən və Vilayət Quliyev mükafata layiq görüldülər

Ramiz Rövşən və Vilayət Quliyev mükafata layiq görüldülər

Bədii tərcümə sənətinin dəyərlənməsi və Beynəlxalq Tərcüməçilər Günü münasibətilə Azərbaycanın Xalq şairi Ramiz Rövşən – Sergey Yeseninin “Qara adam” poemasının, dilçi-alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev – Corc Oruellin “1984”“Heyvanıstan” romanlarının orijinaldan yüksək peşəkar səviyyədə tərcüməsinə görə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Xüsusi mükafatına, Fəxri DiplomDöş Nişanına layiq görülüblər.

 

 

 

 

Ramiz Rövşən – “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Nəfəs – kitablar kitabı”, “Sevgi açarı” şeir kitablarının, “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt”, “Məkanın melodiyası” filmlərinin ssenari müəllifi;

Aleksandr Blok, Aleksandr Sergeyeviç Puşkin, Anna Axmatova, Federiko Qarsiya Lorka, Qriqore Viyeru, Marina Svetayeva, Mixail Yuryeviç Lermontov, Semyon Kirsanov, Sergey Yesenin, Şarl Bodler, Vladimir Mayakovskinin əsərlərinin tərcümə müəllifi.

   Vilayət Quliyev – “Mirzə Kazımbəy”, “Özümüz və sözümüz”, “Ağaoğlular”, “Azərbaycanda erməni zülmü”, “İsa Sultan Şaxtaxtinskinin qəribə həyatı”, “Tarixdə iz qoyan şəxsiyyətlər”, “Açıq sözün hikməti”, “Böyük əkinçi: Həsənbəy Zərdabi”, “Tariximiz-taleyimiz”, “Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti”, “Türk dünyasında Azərbaycan”, “Atatürk və Əhməd Ağaoğlu” kitablarının, Rafael Mustafin, Lev Qumilyov, V.Panova, Y.Vaxtin, Rişard Kapuşinski, Corc Oruell, Əlimərdanbəy Topçubaşovun əsərlərinin tərcümə müəllifi.

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.