Tanınmış Ukrayna şairinin şeirləri ilk dəfə Azərbaycan dilində
Dövlət Tərcümə Mərkəzi tanınmış Ukrayna şairi, modernizm cərəyanının istedadlı nümayəndəsi Dmitri Çistyakın “Şüşə ulduz” kitabını nəşr edib.
“Sükutun tərs üzü, yoxsa…” adlı Ön sözlə təqdim olunan kitaba müəllifin “Gecə biçinçisi”, “Payız müjdəsi”, “Dağ havası”, “Vida”, “Dəniz”, “Venesiyalı gecə”, “Meydanda tumurcuqlar”, “Ufenau adası” və sair kimi şeirləri, esseləri daxil edilib.
Şeirlərin tərcümə müəllifləri – Salam Sarvan və Zahid Sarıtorpaq, redaktoru Mahir N.Qarayevdir.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Dmitri Çistyak
(1985)
∙ Tanınmış Ukrayna şairi, tərcüməçi və ədəbiyyatşünası;
∙ 1985-ci ildə Ukraynada anadan olub;
∙ “Əzabkeş bağ” (2012) və “Daşlı dəniz” (2016) kimi şeir toplularının müəllifidir;
∙ əsərləri Albaniya, Bolqarıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Fransa və Yaponiyada işıq üzü görüb;
∙ Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının müxbir üzvü, M.Eminesku adına Beynəlxalq Ədəbiyyat Akademiyasının həqiqi üzvü;
∙ Ukrayna Yazıçılar İttifaqının, Avrasiya Yazarlar Birliyinin və Belçika “PEN-klubu”nun üzvüdür;
∙ Ukrayna Nazirlər Kabinetinin ədəbi mükafatı, Ukrayna Milli Elmlər Akademiyasının qızıl medalı, YUNESKO-nun və bir çox ölkələrin ödüllərinə layiq görülüb;
∙ şeirləri Azərbaycanda ilk dəfə nəşr olunur.
VƏ DİGƏR...
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...
-
Musa Yaqubun uşaqlar üçün qələmə aldığı “Gül bağçası” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi Azərbaycanın Xalq şairi Musa Yaqubun məktəbyaşlı uşaqlar üçün qələmə aldığı şeirlərin toplandığı “Gül bağçası” kitabını ərsəyə gətirib...