aztc.gov.az-ın italyan dili versiyası fəaliyyətə başladı

aztc.gov.az-ın italyan dili versiyası fəaliyyətə başladı

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq internet məkanında Azərbaycan, ingilis, türk, alman, fransız, ispan, rus, ərəb, fars, çex, gürcü və ukrain dilində yayınlanan rəsmi aztc.gov.az saytının 13-cü – italyan dili versiyası fəaliyyətə başlayıb. İtaliya sosial şəbəkələri və KİV ilə əməkdaşlıq çərçivəsində yayınlanacaq italyan dili versiyasının, aztc.gov.az-ın yayın hüdudlarını daha da genişləndirəcəyi,  Azərbaycan tarixini, ədəbiyyatını, ictimai-siyasi, mədəni həyatını əks etdirən mətn və materialların, videoçarxların İtaliyanın aparıcı ədəbiyyat, mədəniyyət,  xəbər portalları vasitəsilə beynəlxalq aləmə çatdırılmasına geniş imkanlar yaradacağı nəzərdə tutulur.

 

VƏ DİGƏR...

  • Qismətin şeirləri Avstriya portalında Qismətin şeirləri Avstriya portalında

    Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri VanqaGecənin melanxoliyası”  Bağışlanma” şeirlərinin yayınına başlayıb.

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.