“Yeddi gözəl” İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin “Nizami İli”nə töhfə olaraq ispan dilində İspaniyada nəşr etdirdiyi “Yeddi gözəl” kitabı ölkənin bir çox mərkəzi kitabxanalarına yerləşdirilib.
Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında çap olunmuş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan mütərcimi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Kitabxanaların siyahısı:
İspaniya Milli Kitabxanası;
Madrid Assambleyasının Kitabxanası;
Barselona Universitetinin Mərkəzi Kitabxanası;
Madrid Universitetinin Mərkəzi Kitabxanası (UNED);
Madrid Universitetinin Mərkəzi Kitabxanası (UAM);
Madrid Ateneo Universitetinin Kitabxanası;
Valladolid Universitetinin Kitabxanası;
Madrid Şəhər Kitabxanası;
Madrid Regional Kitabxanası;
Komillas Pontifik Universitetinin Kitabxanası;
Pablo Neruda adına Kitabxana;
Ruiz Egea adına Kitabxana;
Damaso Alonso adına Kitabxana;
Fransisko İbanez adına Kitabxana;
Pedro Salinas adına Kitabxana;
Xose Luis Sampedro adına Kitabxana;
Mursia Regional Kitabxanası;
Hortaleza Kitabxanası;
Aluçe Kitabxanası;
Persepolis Mədəniyyət Mərkəzinin Kitabxanası;
Viva de Al-Andalus Kitabxanası;
Andalusia İnstitutunun Kitabxanası;
Andalusia Kitabxanası;
Araqon Kitabxanası.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...